Ağstafada dəhşətli qəza: 1 ölü, 4 yaralı
Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KİA” markalı avtomobillə “VAZ-21011”in toqquşması nəticəsində “VAZ”ın sürücüsü, Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini, 1958-ci il təvəllüdlü Qabil Talıbov hadisə yerində ölüb, onun həmkəndlisi və sərnişini, 27 yaşlı Mahmud İbrahimov və “KİA”nın sərnişinləri, Qazax rayonunun Kommuna kənd sakinləri - 23 yaşlı Gülnar Cəlilova, 35 yaşlı Səyalı Mirzəliyeva və 41 yaşlı Vəfagül Mirzəliyeva müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi