Davudoğlu: "Sərhədlərimizi pozanlara qarşı hər cür tədbir görmək haqqımız və vəzifəmizdir"
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin sərhədlərini pozduğu üçün Rusiya təyyarəsinin vurulmasına münasibət bildirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Davudoğlu bildirib ki, sərhədlərin toxunulmazlığı və vətəndaşların təhlükəsizliyi məsələsində Türkiyə rəhbərliyi hər cür fədakarlığa hazırdır.
O, Türkiyə sərhədlərini pozan Rusiya təyyarəsinin vurulmasının da bu kontekstdə qiymətləndirilməli olduğunu vurğulayıb: "Biz heç bir şəkildə hər hansı ölkənin torpağında gözü olan düşüncəyə qatılmırıq. Hər kəs bilməlidir ki, dəfələrlə etdiyimiz xəbərdarlıqlara baxmayaraq, hava və quru sərhədlərimizi pozanlara qarşı hər cür tədbir görmək həm beynəlxalq haqqımız, həm də vəzifəmizdir".
Türkiyənin baş naziri beynəlxalq ictimaiyyətə müraciət edərək, hamını Suriyada sülh əldə etmək üçün əməkdaşlığa çağırıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi