Qohumunun evindən 30 min manatlıq qızıl oğurlayan Astara sakini tutuldu
Lənkəranda qohumunun evindən oğurluq edən şəxs yaxalanıb. Bu barədə APA TV-nin cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib.
Məlumata görə, rayonun Türkəkəran kənd sakini Fatma Məmmədrza qızı Abıyevanın evindən külli miqdarda qızıl-zinət əşyalarının oğurlanması faktı araşdırılarkən oğrunun ailənin yaxın qohumu olduğu məlum olub.
Saxlanılan Astara rayonunun Şiyəkəran kənd sakini, 33 yaşlı Ramil Cəfər oğlu Quliyev gizli olaraq talayıb oğurladığı qızıl-zinət əşyalarını yaşadığı evin həyətində basdırdığı yerdən çıxararaq istintaqa təhvil verib. Oğurlanan qızıl və brilyant zinət əşyalarının ümumi dəyərinin 30 min manatdan artıq olduğu bildirilir.
Əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşamış Ramin Quliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi