Bakıda cənub küləyi güclənəcək - HAVA XƏBƏRDARLIĞI
Bakı və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Noyabrın 25-dən 27-dək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənməsi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi