Ermənistan mətbuatı: Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də görüşəcək
“Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də Parisdə görüşəcəklər”. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq, tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinə toxunacaqlar.
APA-nın məlumatına görə, noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan prezidentlərinin də bu toplantı çərçivəsində görüşmələri gözlənilir.
OXŞAR XƏBƏRLƏR
20:01
1262
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1217
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1288
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1320
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1465
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2176