Masazırda sərxoş sürücü qəza törətdi: 2 yaralı
Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib, iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib.
"QAZ-3110" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü döngədə idarəetməni itirərək qarşı yola çıxıb. Avtomobilin sürücüsü qarşıdan gələn "LADA" markalı avtomobillə toqquşmadan yayınmağa çalışsa da, maşını işıq dirəyinə çırpıb. "LADA"nın sürücüsü isə qarşısına qəfildən çıxan maşını gördükdə qorxub və idarəetməni itirib. Nəticədə avtomobil "QAZ-3110"-a dəyib.
İşıq dirəyinə çırpılan "QAZ-3110" yararsız hala düşüb, avtomobildəki iki nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralılar dərhal əməliyyat olunublar. Həkimlər yaralıların sərxoş vəziyyətdə olduğunu bildiriblər.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi