Tovuzda torpaq uçqunu: iki nəfər boğularaq öldü
Tovuzda bədbəxt hadisə baş verib. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.
Tovuzun Aşağı Quşçu kənd sakinləri - 1957-ci il təvəllüdlü Zaman Musayev və 1966-cı il təvəllüdlü Azad Mürşüdov Düz Qırıqlı kəndində ticarət mərkəzinin arxasında olan parkda ayaqyolu quyusunun yaxınlığında alternativ bir quyu qazıblar.
Ehtiyatsızlıqdan böyürdə olan içi dolu quyu deşilib və yeni quyuya qaz dolub. Nəticədə hər iki nəfər boğulub. 4 metrə qədər dərinlikdə olan quyudan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz Xilasetmə Briqadası əraziyə cəlb olunub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1278
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1235
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1304
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1320
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1465
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2176