Qazaxda hərəkətdə olan avtomobil yandı
Qazaxda hərəkətdə olan avtomobil yanıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Qazağın Ürkməzli kəndində qeydə alınıb.
Rayonun Çaylı kənd sakini Ramin Şıxıyev "VAZ-2106" markalı avtomobili ilə kənddən qayıdarkən avtomobilin mühərriki alovlanıb. Dərhal maşını tərk edən sürücü özünü alovdan qoruya bilib.
Hadisə yerinə Qazax Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi çağırılıb. Yanğınsöndürənlər alovu tez bir zamanda söndürərək, partlayışın qarşısını ala biliblər. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1278
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1236
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1304
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1320
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1465
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2176