Bakıda polis əməkdaşı öldürüldü
Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.
İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N.Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub.
İlkin məlumata görə, hadisə namus üstündə baş verib. APA-nın əldə etdiyi məlumata görə, insident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub. İsgəndər Bəbirov onu ov tüfəngi ilə güllələyib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi