Bazar gününün HAVA PROQNOZU
Bazar günü Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 14-17 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
20:01
1285
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1251
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1312
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1326
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1468
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2179