Həsən Kərimov dünyasını dəyişdi
AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib.
Partiya sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, Həsən Kərimov bu gün ürək tutmasından evində dünyasını dəyişib.
Qeyd edək ki, 61 yaşlı Həsən Kərimov Əbülfəz Elçibəyin prezidentliyi dövründə Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, uzun müddətdir ki, ürək problemindən əziyyət çəkirdi.
Həsən Kərimov 2009-cu ildə bir ayda iki oğlunu itirib. 2009-cu ilin iyun ayının 29-dan 30-na keçən gecə onun böyük oğlu İftixar Kərimov qəfil infarkt keçirərək, dünyasını dəyişib. Qardaşının ölümündən öncə itkin düşmüş sayılan Rəşad Kərimovun isə sonradan meyitinin Neftçilər prospektində tapıldığı və kimsəsizlər qəbiristanlığında dəfn olunduğu məlum olub.
OXŞAR XƏBƏRLƏR
20:01
1290
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1256
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1318
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1326
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1468
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2179