Osmanlı şahzadəsi ABŞ-da öldü
Osmanlı şahzadəsi ABŞ-da dünyasını dəyişib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 35-ci Osmanlı padşahı Sultan Mehmed Reşatın nəvəsi Cengiz Nazım Osmanoğlu idman edərkən infarktdan ölüb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanoğlu ailəsinə başsağlığı verib. Şahzadənin nə vaxt və harada dəfn ediləcəyi məlum deyil. Cengiz Nazım Osmanoğlu ABŞ-da özünün qurduğu nəqliyyat firmasını idarə edirdi.
76 yaşlı şahzadə bu ilin aprel ayında Türkiyə Cümhuriyyətinin şəxsiyyət vəsiqəsini almışdı. Cengiz Nazım Osmanoğlu həyatda olan 24 Osmanlı şahzadəsi arasında varislik baxımından dördüncü sırada gəlirdi.
Cengiz Nazım Osmanoğlu 1939-cu ildə Qahirədə doğulub. İlk pasportunu Fransadan alan şahzadə bir müddət Londonda yaşayıb. 1960-cı ildə təhsil almaq məqsədilə ABŞ-a gedən Osmanoğlu Oklahoma Universitetində politologiya təhsili alıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi