"Azərbaycan kinosu günləri" başladı
Bu gün "Nizami" kino mərkəzində "Bizim Kino Günləri - Audovizual məkanda peşəkarlıq" mövzusunda görüş keçirilib.
APA TV-nin xəbərinə görə, tədbir kino xadimləri və media nümayəndələrinin iştirakı ilə baş tutub.
"Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxışında rəhbərlik etdiyi qurumun gördüyü işlər və gələcək planları barəsində məlumat verib. Bildirib ki, son illər ərzində kinostudiya tərəfindən istehsal olunan filmlər beynəlxalq kinofestivallarda ölkəmizi uğurla təmsil edərək, bir sıra mükafatlar qazanıb.
Bu gündən start verilən "Azərbaycan kinosu günləri" çərçivəsində son illərdə çəkilən filmlər tamaşaçıların ixtiyarına veriləcək. İlk olaraq rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Otar Pertaxiya və Asif Rüstəmov olan "Axınla aşağı" filmi nümayiş olunub və filmin müzakirəsi keçirilib. Qeyd olunub ki, "Nizami" kinoteatrında keçiriləcək növbəti tədbirdə məşhur türk aktrisası Türkan Şorayın da iştirak etməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi