Fransadan ABŞ və Rusiyaya koalisiya təklifi: Kreml müsbət cavab verdi
"Biz terrorçulara kəskin zərbələr endirə biləcək daha genişmiqyaslı bir koalisiya yaratmalıyıq. Biz məqsədimizə çatmaq üçün bundan sonra atacağımız birgə addımları həm Barak Obama, həm də Vladimir Putinlə görüşlərimiz zamanı müzakirə edəcəyik". APA TV-nin xəbərinə görə, bu açıqlamanı Fransa prezidenti Fransua Olland verib.
F.Olland deyib ki, yaradılacaq koalisiya Suriya və İraqda terrorla mübarizə məqsədilə aparılan hava və yerüstü hərbi əməliyyatlarda aktiv şəkildə iştirak etməlidir.
Fransa prezidentinin bu təklifinə Kremldən müsbət cavab verilib. Belə ki, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Silahlı Qüvvələri Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı başda olmaqla Hərbi Dəniz Qüvvələri ilə həm suda, həm də havada əməkdaşlıq etməlidir.
Qeyd edək ki, koalisiya yaradılması məsələsi Parisdəki dəhşətli terror aktları və İŞİD tərəfindən Rusiyanın "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin Sinay səmasında partladılmasından sonra gündəmə gəlib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi