Hicablı qadını qatarın altına atdı - LONDONDA
London metrosunda yaşlı kişi hicabda olan qadını qatarın altına itələyib.
APA TV-nin Carbonated.tv-yə istinadən xəbərinə görə, hadisə müşahidə kameralarının yaddaşına düşüb.
Yaşlı kişi qatar platformaya yaxınlaşan zaman qadını itələyib. Xoşbəxtlikdən qadın qatara çırpıldıqdan sonra zərbənin gücü nəticəsində geri qayıdıb. Hadisə nəticəsində hicablı qadın yüngül xəsarət dəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını qatarın altına itələyən şəxsi saxlayıblar. Məlum olub ki, bu, milliyətcə yapon olan 81 yaşlı kişidir. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi qaldırılıb.
OXŞAR XƏBƏRLƏR
20:01
1290
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1256
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1318
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1326
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1468
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2179