Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək
Noyabrın 20-də Bakı və Abşeron yarımadasının dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.
Azərbaycanın bəzi rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında isə yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4-8, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi