Seçki prosesini 14 410 nəfər müşahidə edəcək
Seçki prosesinin təşviqat mərhələsi davam edir. APA TV-ninməlumatına görə, MSK-nın sədri Məzahir Pənahov qurumun iclasında deyib ki, bu günə qədər proseslə bağlı quruma hər hansı şikayət daxil olmayıb. O, namizədlərin vəkillərinə və səlahiyyətli nümayəndələrinə də müraciət edib: " Televeziyada çıxış edəcək şəxslər adlar və üzvlərin adlarının əvvəlcədən MSK-ya təqdim etsinlər. Biz həmin şəxslərin adlarını teleradioya göndərək. Onların hansı gün gedəcəklərini göndərən tərəf müəyyənləşdirər Bəziləri hər gün çıxış edəcək şəxslərin adlarını MSK-ya təqdim edir. Bu da bir qədər narahatlıq yaradır".
Məzahir Pənahov əlavə edib ki, seçki prosesində müşahidəçilik missiyasını həyata keçirəcək şəxslərin sayı 14 410 nəfərə çatıb. Bunlardan 3070 nəfəri ölkə üzrə, 11.340 nəfəri isə dairə hüdudlarında müşahidəçilik missiyasını həyata keçirəcəklər
Eyni zamanda iclas zamanı Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən təyin olunmuş məşvərətçi səs hüquqlu üzvlər təsdiq olunub, Milli Dirçəliş Hərəkatı Partiyasının, Müasir Müsavat Partiyasının, o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Orucun səlahiyyətli nümayəndələri qeydə alınıb. Bundan əlavə, yığıncaqda Xalq Cəbhəsi Partiyasının, Sosial Demokrat Partiyasının, Demokrat Partiyasının, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin və Ədalət Partiyasının vəkilləri qeydə alınıb. İclasda, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib