Parisdə atışmalar başladı: terrorçular öldürüldü, polislər yaralandı
Parisin ətraf qəsəbələrində terrorçuların tapılması istiqamətində əməliyyatlar genişləndirilib.
APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, Sen-Denidə keçirilən əməliyyat zamanı 3 şübhəli şəxs saxlanılıb.
Məhəllələrin birində isə daha bir neçə nəfərin yeri müəyyənləşdirilib. Onların mənzillərdən birində gizləndikləri deyilir.
Əməliyyatın gedişində atışmalar olub. Atışmalar nəticəsində bir neçə asayiş keşikçisinin yaralandığı bildirilir. Ərazi havadan da müşahidə altındadır.
Xatırladaq ki, Parisdə eləcə də ətraf qəsəbələrdə əməliyyatların genişlənməsinə səbəb noyabrın 13-də baş verən terror aktıdır. Həmin hadisə nəticəsində 129 nəfər həyatını itirib, 300-dək insan isə yaralanıb.
OXŞAR XƏBƏRLƏR
20:01
1359
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1332
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1393
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1330
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1473
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2184