İşğal olunmuş ərazilərimizlə bağlı sənədə BMT Baş Assambleyasında baxılacaq
“İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb. APA TV-nin xəbərinə görə, sessiya çərçivəsində, həmçinin “GUAM məkanında davam edən münaqişələr, onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihəsi də müzakirə ediləcək. Qətnamə layihələri 67-ci sessiyada müzakirəyə çıxarılmadığı üçün, cari sessiyanın gündəliyinə müvafiq olaraq 34 və 38-ci maddə kimi daxil edilib.
Ümumilikdə, 68-ci sessiyanın gündəliyinə 171 maddə salınıb. Bu maddələrdə sülh və təhlükəsizlik, Afrikanın inkişafı, insan haqları, silahsızlaşdırma, narkotiklərə nəzarət, cinayətkarlığın qarşısının alınması, beynəlxalq terrorçuluqla mübarizə və s. kimi məsələlər əksini tapıb.
Qeyd edək ki, 68-ci sessiyanın rəsmi açılışı sentyabrın 17-də Nyu-Yorkda keçirilib.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"