Lerikdə daha 3 kəndə təbii qaz verildi
Lerik rayonunda kəndlərin mavi yanacaqla təminatı isitqamətində işlər davam etdirilir. Rayonun daha 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
APA TV-nin məlumatına görə, rayon mərkəzindən 20 kilometr aralıda yerləşən ucqar Mondigah, Ansolu və Təngəbin kəndlərinə mavi yanacağın verilməsi münasibətilə təşkil olunmuş mərasimdə yerli icra strukturlarının və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən kənd sakinləri bildirib ki, qazın olmaması meşələrin və yaşıllıqların qırılmasına, sakinlərin qış aylarında əziyyət çəkməsinə səbəb olub.
159 abonenti olan Mondigah kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10087 metr olan müxtəlif diametrli polad borular çəkilib, 159 ədəd sayağac və fərdi tənzimləyici quraşdırılıb. 24 abonenti olan Ansolu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 1353 metr olan diametrli polad borular çəkilməklə, 24 ədəd sayağac və fərdi tənzimləyici quraşdırılıb. 27 abonenti olan Təngəbin kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2430 metr olan müxtəlif diametrli polad borular çəkilib, 27 ədəd sayağac və fərdi tənzimləyici quraşdırılıb.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"