Bakıda qadına qarşı 240 min dollarlıq dələduzluq
Bakı sakini külli miqdarda vəsaitinin mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, Tünzalə Əliyeva adlı qadın bildirib ki, Nəsimi rayonu Quliyev küçəsində tikilən çoxmərtəbəli binada mənzil almaq məqsədi ilə həmin ərazidə tikinti aparan şirkətin rəhbərlərindən olan İlkin adlı şəxsə 239 840 dollar pul verib. Həmin şəxs bu pulun qarşılığında Tünzalə Əliyevaya 3 ədəd ikiotaqlı mənzil təqdim etməli olsa da, vədinə əməl etməyib və vəsaiti mənimsəyib.
Tünzalə Əliyeva məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.
Müraciət əsasında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1384
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1356
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1421
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1335
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1479
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2193