Fransa İŞİD-in Suriyadakı "paytaxtı"nı bombaladı
Fransaya məxsus qırıcılar İŞİD-in Raqqa şəhərindəki mövqelərinə aviazərbələr endirib.
APA TV-nin türk saytlarına istinadən məlumatına görə, Fransa Müdafiə Nazirliyi 10-a yaxın döyüş təyyarəsinin koalisiya qüvvələrinin Suriyadakı hərbi əməliyyatları çərçivəsində İŞİD-in Raqqadakı mövqelərinə hava zərbələri endirdiyini açıqlayıb.
Rəsmi Paris 132 nəfərin həlak olduğu terror hücumlarından sonra Suriyadakı hərbi iştirakını gücləndirib. Verilən məlumata əsasən, Fransa Hərbi Hava Qüvvələri ötən sutka ərzində İŞİD mövqelərinə ümumilikdə 20-yə yaxın hava hücumu həyata keçirib. Vurulan hədəflər arasında İŞİD terrorçularına məxsus düşərgə və komanda-qərargah məntəqəsinin olduğu bildirilir.
Qeyd edək ki, Parisdə törədilən və 132 nəfərin ölümü ilə nəticələnən terror aktlarının ardınca Fransa prezidenti Fransua Olland ölkəsinin terrora qarşı amansız mübarizəni davam etdirəcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi