Kürdəmirdə traktor aşdı
Kürdəmirdə baş verən qəzada sürücü xəsarət alıb. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 46-cı kilometrliyində qeydə alınıb.
Kürdəmir rayonunun Muğanlı kənd sakini, 26 yaşlı Əliyar Sabir oğlu Nuruyev idarə etdiyi "Ka-700" markalı traktorun idarəetməsini itirərək yolun kənarına aşırıb.
Traktorda sıxılmış vəziyyətdə qalan sürücünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi alət və avadanlıqların köməyi ilə çıxarıblar. Sürücü Əliyar Nuruyev müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1382
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1355
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1420
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1335
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1479
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2192