Azərbaycan prezidenti: “Bu ağır anlarda biz Fransa xalqı ilə birlikdəyik”
Azərbaycan prezidenti İlham Əliyev Fransada baş vermiş dəhşətli terror aktları ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda dəstək və başsağlığının əks olunduğu məktub göndərib.
APA TV-nin xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab prezident! Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi