Bakıda sərxoş sürücü qəza törətdi: 3 maşın toqquşdu, yaralılar var
Nərimanov rayonunda sərxoş sürücü zəncirvarı qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Atatürk prospektində baş verib.
"Mercedes" markalı iki avtomobil işıqforun qırmızı işığında dayanan zaman sürətlə hərəkət edən "Land Rover" markalı avtomobil "Mercedes"lərdən birini arxadan vurub. O isə qarşıda dayanan eyni markalı avtomobilə çırpılıb. Hadisə zamanı iki maşının arasında qalan "Mercedes"in sürücüsü Samir Səmədov və sərnişini Anar Hüseynli xəsarətlər alıblar. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardın avtomobili ilə xəstəxanaya aparılıblar.
Qəza yerinə yol polis əməkdaşları gəliblər. Yoxlama zamanı məlum olub ki, "Land Rover"in sürücüsü Elyas Qasımov avtomobili sərxoş vəziyyətdə idarə edib. Sərxoş sürücü qəzadan sonra avtomobili ilə hadisə yerini tərk etmək istəyib. Lakin avtomobil işə düşməyib.
Sərxoş sürücü Elyas Qasımov barəsində protokol tərtib olunub. Qəzanın dəqiq səbəbləri isə təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi