Dindarlardan seçki ilə bağlı çağırış
“Qarşıdan gələn seçkilərdə də bizi haqqa çağıranın tərəfdarıyıq”.
APA TV-nin məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycandakı dindarların qarşıdan gələn prezident seçkiləri ilə bağlı keçirilən toplantısında dedi. QMİ sədri son dövrlərdə prezident İlham Əliyevin dəstəyi ilə ölkədə xeyli sayda məscidin tikildiyini, vaxtilə dağıdılmış məscidlərin bərpa olunaraq müsəlmanların ixtiyarına verildiyini vurğuladı. QMİ sədri ölkə dindarlarını seçkilərdə İlham Əliyevə səs verməyə çağırdı.
Akademik Vasim Məmmədəliyev isə bildirdi ki, xalq öz taleyini kimə tapşırmaq üçün növbəti beş il üçün seçim edir.
Azərbaycandakı yəhudilərin seçkilərdə İlham Əliyevə səs verəcəyini deyən Qırmızı qəsəbə Dağ Yəhudiləri Dini İcmasının sədri Boris Simanduyev bildirdi ki, Azərbaycan xalqlar arasında dostluq münasibətləri hökm sürür və yəhudilər bundan məmnundur.
Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr Ata Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı pravoslavlara çağırış edib. Yepiskop bütün pravoslavları seçkilərdə prezident İlham Əliyevə səs verməyə çağırdı.
Qeyd edək, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını ziyarət etdilər.
Toplantının sonunda Qafqaz Müsəlmanları İdarəsində Azərbaycandakı bütün dini konfessiyaların təmsilçiləri qarşıdan gələn prezident seçkilərində prezident İlham Əliyevə səs verməyə çağıran bəyanat qəbul etdilər.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib