Qazaxda ağır qəza: sürücü hadisə yerində öldü
Dünən axşam saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nın verdiyi məlumata görə, hadisə magistral yolun 511-ci kilometrliyində, Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.
İntiqam Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtobusla Qazax rayonunun Şıxlı kənd sakini, 1972-ci il təvəllüdlü Fərman Musayevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı “Opel”in sürücüsü hadisə yerində ölüb. Avtobusda sərnişin olmayıb və sürücüsü xəsarət almayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR
20:01
1447
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1418
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1483
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1336
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1480
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2195