Elmira Süleymanova: “Arif Yunusun saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur”
“Bizim üçün “siyasi məhbus” ifadəsi anlayışı ümumiyyətlə yoxdur. Ombudsman ədalətli və qərəzsiz şəkildə hər bir kəsin hüquqlarının müdafiəsi ilə məşğuldur”.
APA TV-nin xəbərinə görə, bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.
E. Süleymanova qeyd edib ki, Arif Yunusun saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur:
“Leyla Yunusla da, Arif Yunusla da görüşmüşük. 2-3 dəfə özüm görüşmüşəm. Şəxsən onun saxlanma şəraiti ilə bağlı şikayəti və bizə müraciəti olmayıb. Hansısa qəzetləri istəyib və digər məsələlər həll olunub”.
Ombudsman onu da qeyd edib ki, bu gün Cenevrədə BMT-nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan dövlətinin illik hesabatı dinlənilir.
OXŞAR XƏBƏRLƏR
20:01
1464
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1434
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1498
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1339
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1483
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2197