Xəzərdə itkin düşən 3 balıqçıdan daha birinin meyiti tapıldı
Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan daha birinin meyiti tapılıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.
Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Bir gün sonra onlardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılıb və sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər itkin düşən balıqçı Laçın Laçınovun axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
20:01
1464
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1434
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1498
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1339
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1483
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2197