Lənkəranda oğrular bankomatdan oğurluq etmək istədilər
Lənkəranda növbəti dəfə bankomatdan oğurluğa cəhd edilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Lənkəran şəhərinin Qala Xiyabanı ərazisində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər həmin ərazidəki beşmərtəbəli evin birinci mərtəbəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan oğurluğa cəhd ediblər. Bankomat zədələnsə də, oğrular pulun saxlandığı xəzinəyə daxil ola bilməyiblər.
Faktla bağlı rayonun hüquq mühafizə orqanları məlumatlandırılıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb.
Qeyd edək ki, Lənkəranda sentyabrın 15-də də bankomatdan oğurluğa cəhd hadisəsi baş vermişdi. O vaxt oğrular rayonun Kərgəlan kəndində icra nümayəndəliyinin binasında quraşdırılmış “Kapital Bank”ın bankomatını yarmaq istəsələr də, onların cəhdləri baş tutmamışdı.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi