Qazaxda sərhədi pozub Azərbaycan tərəfə keçən erməni qadın saxlanıldı
Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb. APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. Saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır. Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.
OXŞAR XƏBƏRLƏR
20:01
1574
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1533
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1598
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1344
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1489
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2201