Nazir Zakir Həsənov Bayraq Gününü səngərdə əsgərlərlə qeyd etdi
Müdafiə Nazirliyinin rəhbərliyi Dövlət Bayrağı Günü münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində keçirilən mərasimdə iştirak edib. APA TV-nin xəbərinə görə, nazir səngərdə döyüş növbəsində olan əsgərlərlə görüşüb və onların xidmət şəraiti, qayğıları ilə maraqlanıb. Nazir şəxsi heyət qarşısındakı çıxışında hərbi quruculuq və ölkənin müdafiə qabiliyyətinin artırılması sahəsində görülən işlərdən də danışıb. General-polkovnik Zakir Həsənov ordumuzdakı ruh yüksəkliyi və döyüş qabiliyyətini yüksək qiymətləndirərək, Silahlı Qüvvələrin şəxsi heyətinin Ali baş komandanın əmri ilə işğal altındakı torpaqlarımızı azad etməyə hər zaman hazır olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR
20:01
1574
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1533
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1598
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1344
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1489
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2201