İŞİD-ə gözlənilməz zərbələr: çoxlu terrorçu öldürüldü
"Suriya ordusu mövqelərini gücləndirir. Palmira istiqamətində hücumlara başlanıb". APA TV-nin məlumatına görə, bunu hökümət qüvvələrinin sözcüsü Əli Mayhub deyib.
Onun sözlərinə görə, ordu Palmira istiqamətinədə əhəmiyyətli dərəcədə irəliləməyə müvəffəq olub: "İŞİD terrorçuları həm texnika, həm də canlı qüvvə baxımından xeyli itkilər verib".
Ordu qüvvələri Mhin yaşayış məntəqəsi yaxınlığındakı əməliyyatlarda 25 terrorçunu zərərsizləşdirib, onlara məxsus hərbi texnika məhv edilib.
"Hərbi hava qüvvələri tərəfindən İŞİD mövqelərinə 20 əməliyyat uçuşu həyata keçirilib, nəticədə Təll-Bisa şəhərində terrorçulara aid silah anbarları dağıdılıb", - deyə Mayhub əlavə edib.
O cümlədən Kəfr-Nəbudi, Murek və Həma vilayətlərindəki hərbi əməliyyatlarda xeyli İŞİD-çi öldürülüb. Suriya ordusu Hələb şəhərində 250 kv.km ərazini öz nəzarətinə götürüb. Eyni zamanda, Hələb-Əssriyyə-Hənasər yolu da Əsəd tərəfdarlarının nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi