Natiq Məmmədov: "MSK-ya heç bir şikayət daxil olmayıb"
"Seçki prosesi başlayandan Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb”.
APA TV-nin məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, buna səbəb yaradılan şəraitin yüksək olması ilə bağlıdır. Seçki təşviqatına qoşulmaqla bağlı MSK-nı məlumatlandırmayan media orqanlarının bu prosesdə iştirak etməsinə münasibət bildirən Natiq Məmmədov deyib ki, onda bu cür faktlarla bağlı məlumat yoxdur.
Natiq Məmmədovun sözlərinə görə, hazırda Komissiyadan 140-dan artıq beynəlxalq müşahidəçi qeydiyyatdan keçib . Eyni zamanda prezident seçkilərini izləmək istəyən beynəlxalq təşkilatların müşahidə missiyaları da fəaliyyətə başlayıb.
MSK-nın Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması barədə qərarı qanuna uyğun şəkildə verdiyini xatırladan MSK katibi dedi ki, onların məhkəmə və digər orqanlara müraciət etmək hüquqları var.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib