"Qarabağ" qələbəni əldən verdi: fransızların bəxti gətirdi - QOLLAR
Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Monako” ilə qarşılaşıb.
Qurban Qurbanovun yetirmələri iki həftə əvvəl səfərdə aldığı (0:1) məğlubiyyətin əvəzini çıxa bilməyiblər.
Oyuna yaxşı başlayan ağdamlılar bir neçə əlverişli vəziyyəti boşa versə də, 40-cı dəqiqədə hesabı aça biliblər. Armenteros Rəşad Sadıqovun əla ötürməsini tək toxunuşla tora qovuşdurub. İkinci hissədə də üstün oynayan çempionumuz bir neçə epizodda fərqi artırmağa yaxın olsa da, son anda qeyri-dəqiqlik buna əngəl olub.
Qonaqlar isə 70-ci dəqiqədə cavab qolunu vurmağa nail olublar. Qalan dəqiqələrdə başqa qol olmayınca, oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
OXŞAR XƏBƏRLƏR
20:01
1626
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1571
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1637
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1347
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1493
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2205