Ərdoğan yeni parlamentə səsləndi: "Konstitusiya məsələsini həll etməliyik"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin yeni konstitusiyasının hazırlanmasının yeni seçilən parlamentin prioritet vəzifələrindən biri olduğunu bildirib.
APA-nın məlumatına görə, bunu Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri qarşısında çıxışı zamanı deyib.
“Türkiyə yeni konstitusiya ilə bağlı məsələni həll etməlidir, bu noyabrın 1-də aldığımız ən mühüm mesajdır. Xalq bunu gözləyir. Mən ümid edirəm ki, deputatlar yeni konstitusiyanın hazırlanmasına dair öz tövhələrini verəcəklər”, deyə Ərdoğan bildirib.
Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hakimiyyətin Konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ölkədə referendum keçirəcəyini istisna etməyib.
OXŞAR XƏBƏRLƏR
20:01
1627
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1571
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1637
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1347
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1493
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2205