Cəlilabadda yük maşını aşdı, sürücü xəsarət aldı
Cəlilabada bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 4-də günorta saatlarında rayonun Cəlayar kəndi ərazisində qeydə alınıb.
Cəlilabad rayon sakini, 25 yaşlı Asim Məmmədovun idarə etdiyi “KamAZ” markalı çınqıl dolu yük maşını idarəetməni itirərək dərəyə aşıb. Qəza nəticəsində maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti ağır olaraq qalmaqdadır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1712
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1641
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1709
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1350
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1495
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2207