Ağsuda qardaş bacısını bıçaqladı
Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və Hakim Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib. Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.
Qarın boşluğundan xəsarətlər alan Yaqut Mürsəlova Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Məlumata görə, qardaşla bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1713
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1642
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1709
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1350
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1495
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2207