Ağsuda polisə şikayət edən məktəb direktorunu əri öldürdü - YENİLƏNİB
Ağsu rayonunda qətl hadisəsi törədilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, Ərəbsarvan kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını mübahisə zəminində bıçaqlayıb.
İki uşaq anası Elnurə Eyyubova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Məlumata görə, rayonun Hacıqədirli kəndindəki 4 illik orta məktəbin direktoru işləyən Elnurə Eyyubova 3 il öncə Kabus Xanlarovdan boşanıb. O, övladları ilə birlikdə Ərəbsarvan kəndində yaşayıb. Elnarə Eyyubova bir müddət əvvəl keçmiş ərinin uşaqlarına görə aliment verməməsi barədə polisə müraciət edib. Müraciət əsasında Kabus Xanlarov saxlanılaraq 20 günlük həbs cəzasına məhkum edilib. O, həbsxanadan çıxan kimi keçmiş arvadının evinə gedib və qətl törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi