"Avtoş Əhliman" xəstəxanalıq oldu - BAKIDA QƏZA
Sabunçu rayonunda avtoxuliqanlıq edən sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib.
Şəhər istiqamətində "VAZ-21015" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Əhliman Əhmədov qəfil idarəetməni itirib. Nəticədə qarşı yola çıxan "VAZ-21015" öz yolu hərəkət edən Səxavət Dünyamalıyevə məxsus "Mercedes"ə çırpılıb. Qəza zamanı "VAZ-21015" yararsız hala düşüb, sürücü Əhliman Əhmədov isə xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-21015"-in sürücüsü Əhliman Əhmədov gecə vaxtı yolda avtoxuliqanlıq edib. Sürət yüksək olduğundan, idarəetməni itirib. Nəticədə özü ağır yaralanıb.
Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Müayinələr aparılıb. Qəzanın səbəbini müəyyənləşdirmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla əlaqədar araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi