Sabunçuda evə basqın: naməlum şəxslər qadını bıçaqladılar
Ötən gecə Sabunçu rayonunda naməlum şəxslər evə daxil olaraq ev sahibini bıçaqlayıb.
APA TV-nin məlumatına görə, naməlum şəxslər Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan 40 yaşlı Aynurə Bərsail qızı Teymurovanın evinə daxil olublar.
Ev sahibi ilə naməlum şəxslər arasında mübahisə düşüb. Mübahisə zamanı çağırılmamış qonaqlar Aynurə Teymurovaya bıçaqla çoxsaylı zərbələr endirərək hadisə yerindən qaçıblar. Yaralı səs-küyə gələn qohumları tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam edir. Faktla əlaqədar Sabunçu Rayon Polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1732
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1653
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1721
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1352
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1498
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2209