Ər arvadını amansızlıqla öldürdü - QISQANCLIQ
Sabunçu rayonunda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, rayonun Məhəmmədi qəsəbəsindəki yeni yaşayış massivində ər arvadını öldürüb.
32 yaşlı Tahir Niyaz oğlu Mürsəlovla həyat yoldaşı, 24 yaşlı Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı Nigar Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Tahir Mürsəlov Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
20:01
1732
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1653
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1721
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1352
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1498
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2209