Türkiyədə 3 vali, çoxlu sayda polis rəisi və məmur həbs olundu - ƏMƏLİYYAT
Türkiyədə sabah saatlarında keçirilən "paralel hökumət" əməliyyatında aralarında valilər, keçmiş polis rəisləri və yüksək çinli bürokratların olduğu 44 nəfər saxlanılıb.
Ankarada keçirilən əməliyyatda həbs olunanlar arasında 3 Mərkəz valisi, polis rəisi, köməkçiləri və müfəttişlər var. Saxlanılan şəxslərdən Mərkəz valiləri Ahmed Kaya, Mehmet Oduncu, Sadık Altınkaynak, Daxili İşlər Nazirliyi təftiş qurumundakı mülki müfəttiş Fərda İleri, keçmiş İzmir Polis müdiri Ali Bilkay, keçmiş Afyon Polis Məktəbi Müdiri Müjdat Karagöz, keçmiş İzmir Polis müdiri köməkçisi Mehmet Ali Şevik ilə mütəşəkkil cinayətlərlə mübarizə şöbə müdirinin köməkçisi Taner Aydın, Eskişehir vali köməkçisi Mesut Kesen ifadələri alınmaq üçün polisə aparılıb. Əməliyyat mərkəz İzmir olmaqla Paytaxt Ankarada və 12 vilayətdə keçirilib.
Prokurorluğun sanksiyası ilə keçirilən əməliyyatda saxlananlar İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətlər Şöbəsinə aparılıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi