Goranboyda 2 maşın toqquşdu: 3 yaralı
Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən başqa bir avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ-2106"-da olan Gəncə şəhər sakinləri - 63 yaşlı Saday Quliyev, onun həyat yoldaşı, 55 yaşlı Həvayət Quliyeva və övladı, 25 yaşlı Sədir Quliyev bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1751
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1662
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1732
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1352
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1498
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2209