Bakıda qardaş qardaşı bıçaqladı
Ötən gecə Bakının Xətai rayonunda qardaş qardaşı bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Zığ qəsəbəsinin Naximov küçəsində baş verib.
35 yaşlı Rövşən Lətif oğlu Məmmədovla qardaşı Əvəz Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı Əvəz Məmmədov sərxoş vəziyyətdə olan qardaşına bıçaqla bir neçə zərbə endirib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Rövşən Məmmədov dərhal əməliyyat olunub.
Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Qardaşını bıçaqlayan Əvəz Məmmədov saxlanılıb. Hadisənin səbəbləri araşdırılır. Faktla əlaqədar cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
20:01
1751
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1662
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1732
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1352
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1498
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2209