GUAM müşahidə missiyasının rəhbəri: “Seçki beynəlxalq öhdəliklərə uyğun həyata keçirilib”
GUAM Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.
APA TV-nin məlumatına görə, təşkilatın baş katibi, müşahidəçilər qrupunun rəhbəri Valeri Çeçelaşvili bildirib ki, 3 nəfərlik qrupla Bakıda və Sumqayıtda bir neçə seçki məntəqəsində müşahidə aparıblar. O qeyd edib ki, GUAM PA müşahidələrin yekunu olaraq bəyanat hazırlayıb: "Mən hazırladığımız bəyanatı sizin diqqətinizə çatdırmaq istəyirəm. Bildirirəm ki, müşahidə qrupuna Ukrayna parlamentinin deputatı İvan Krulko və Gürcüstan parlamentinin deputatı Zurab Abaşidze daxildir. Seçki beynəlxalq öhdəliklərə və Mərkəzi Seçki Komissiyasının qaydalarına uyğun həyata keçirilib. Seçki komissiyalarının fəaliyyətində və seçki prosesində ciddi pozuntulara rast gəlinməyib və proses tam sakit şəraitdə keçirilib. Hesab edirik ki, seçkilər ölkə vətəndaşlarının iradəsinə uyğun nəticələnib. Bu baxımdan biz seçkiləri müsbət qiymətləndiririk”.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi