TÜRK PA: “Seçkilər beynəlxalq standartlara tam cavab verir”
“Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri milli qanunvericiliyə və beynəlxalq standartlara tam cavab verir”.
APA TV-nin məlumatına görə, bu barədə TÜRK PA-nın Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında bildirilir. Qurumun seçkini müşahidə edən missiyasının rəhbəri Serijkan Kanayevin sözlərinə görə, seçkilərin müşahidəsi üçün lazım olan maddi-texniki və hüququ baza yaradılıb:
“Seçicilər səsvermə prosesinə təmkinli və müsbət yanaşırdılar. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb”.
Paytaxtın Nəsimi, Binəqədi, Yasamal, Səbail rayonun da seçkiləri müşahidə etdiklərini deyən missiya rəhbəri texniki və prosedur qaydalarının, təlimatların hazırlanmasının müsbət hal olduğunu da vurğulayıb.
TÜRK PA-nın baş katibi Jandos Asanov müşahidə missiyasına yaradılan şəraitə görə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi