"Hüzura səyahət" yenə can aldı: ölənlərin sayı 60-ı keçdi
Suriya, İraq və Əfqanıstandan qaçıb Avropa sığınmaq istəyənlərin "hüzura səyahəti" yenə can alıb.
APA TV-nin məlumatına görə, ötən gün Egey dənizində qaçqınları aparan gəminin batması nəticəsində xeyli sayda insan ölüb.
Təkcə Yunanıstanın Midilli adasının yaxınlığında dalğalar 8 cəsədi sahilə atıb. Sima adasının yaxınlığında isə müharibə qurbanlarını aparan gəminin batması nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər can verib. 15 nəfərin həyatını xilas etmək mümkün olub.
Məlumat üçün qeyd edək ki, son dörd gündə Egey dənizində yunan adalarına getmək istəyən və həyatlarını itirən qaçqınların sayı 60-ı keçib. Onların 28-i uşaqdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəqəmə görə, bu ilin əvvəlindən indiyə kimi 580 qaçqın dəniz yolu ilə Yunanıstana keçə bilib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi