Əli Abbasov: "Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm"
“Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib”.
“APA-Economics”in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
“Hesab edirəm ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq”, - deyə nazir bildirib.
Əli Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”.
OXŞAR XƏBƏRLƏR
20:01
1852
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1755
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1823
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1356
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1503
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2217