İçki məclisində qətl: Qazax sakini dayısı oğlunu bıçaqlayaraq öldürdü – YENİLƏNİB
Qazax rayon sakini dayısı oğlunu bıçaqlayaraq qətlə yetirib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ərəstun Hacıyev dayısı oğlu 1960-cı il təvəllüdlü İlyas Veysəlovla yeyib içdikdən sonra mübahisə ediblər. Mübahisənin sonunda Ərəstun Hacıyev özündən 17 yaş böyük dayısı oğlu İlyas Veysəlovu bıçaqlayıb. Ürəyindən bıçaqlanan İlyas Veysəlov çoxlu qan itirdiyinə görə hadisə yerində dünyasını dəyişib. Hər iki şəxsin arasında problemin olmadığı, qətlə yalnız spirtli içkinin səbəb olduğu bildirilir.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1851
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1753
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1821
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1356
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1503
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2217